Millət vəkili: "İƏT əsas regional qurumlardan biri hesab olunur"
Yusif Nəzərli
09:46 10.11.2023
Gündəm
330
"7 milyon 937 min km2 ərazini əhatə edən təşkilata üzv olan ölkələrin birgə əhalisi 528 milyon nəfərdən çoxdur"
Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib. Tədbirdə Prezident İlham Əliyev də iştirak edib. Tədbirdə ECO-nun əvvəlki Zirvə toplantıları və üzv dövlətlərin başçılarının təşkilat çərçivəsində keçirdikləri görüşlər ilə bağlı videoçarx nümayiş olunub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev keçən dövrdə görülən işlər barədə məlumat verib. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində ölkəmizin sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayaraq deyib:
“Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirilir, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradılıb. Turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib”. Prezident Ş.Mirziyoyev qeyd edib ki, Özbəkistan Azərbaycan və Türkiyə ilə yükdaşımalarla bağlı məlumatları rəqəmsallaşdırıb və digər ölkələrlə də analoji layihələr həyata keçirilir.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında bildirib ki, İƏT region ölkələrini özündə birləşdirən əsas regional qurumlardan biri hesab olunur.
Deputatın sözlərinə görə, həmin təşkilatda bütün türk dövlətləri, eyni zamanda Azərbaycanın haqq işinə dəstək olan bir sıra regional ölkələr var:
"7 milyon 937 min km2 ərazini əhatə edən təşkilata üzv olan ölkələrin birgə əhalisi 528 milyon nəfərdən çoxdur. Təşkilata üzv olan ölkələr 3.3 trilyon dollar nominal, alıcılıq qabiliyyəti pariteti (PPP) nəzərə alınmaqla 7.6 trilyon dollar real ÜDM-ə malikdirlər. Adambaşına düşən nominal ÜDM isə 6.5 min dollara yaxındır. Azərbaycan İƏT-lə sıx əlaqələr qurub və təşkilat çəçivəsində ciddi əməkdaşlıq platformasının yaranmasına töhfə verir. Rəsmi Bakının İƏT-lə və bu təşkilata üzv əksər ölkələrlə kifayət qədər yüksək səviyyəli münasibətlər qurub. İƏT-in 9-cu və 12-ci Zirvə Toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda keçirilib, Bakı Bəyannamələri qəbul edilib. Ötən ay isə Şuşa şəhərində təşkilatın Nazirlər Şurasının 27-ci iclası keçirildi".
Parlament üzvü vurğulayıb ki, İƏT daha çox iqtisadi məsələlərə önəm verir:
"Gözlənilir ki, müzakirə ediləcək məsələlər Orta Dəhlizin inkişaf etdirilməsi, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsi və üzv ölkələrdə iqtisadi islahatların dəstəklənməsi istiqamətində olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm
“Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda vəfat edib
12:55 12.08.2026
Dünya
ABŞ Atlantikdə ələ keçirdiyi Venesuela tankerini satıb
11:57 12.08.2026
Dünya
Zaxarova: Rusların öldürülməsinə çağırışlar yolverilməzdir
11:44 12.08.2026
Gündəm
Krıma PUA hücumu: dinc sakin həlak olub
11:31 12.08.2026
Dünya