Milli Məclis yeni neft sazişini ratifikasiya edib
Yusif Nəzərli
11:32 05.04.2022
Gündəm
691
Milli Məclis yeni neft sazişini ratifikasiya edib.
“Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihə barədə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov layihənin yerli investisiyanın cəlb edilməsi, yerli şirkətlərin və kadrların inkişafı, yeni texnologiyaların tətbiqi kimi üstünlüklərinindən bəhs edib.
O, 2021-ci il dekabrın 14-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL İnternational LTD” MMC arasında bağlanan saziş əsasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və yenidən işlənməsinin parametrləri barədə məlumat verib. Sazişdə nəzərdə tutulan işlər, onların yerinə yetirilməsi qaydaları və müddətləri barədə izahat verib.
Komitə sədri sazişin həyata keçiriləcəyi aralıq dövrü (ilk 24 ay) və hasilat dövründə (aralıq dövründən sonrakı 25 il) həyata keçiriləcək iş proqramlarını, hasilatın artırılması və bölgüsü, kəşfiyyat işlərinin aparılması, Azərbaycan vətəndaşlarının işlə təmin olunması və kadr hazırlığı kimi məsələlərlə bağlı podratçının götürdüyü öhdəlikləri deputatların diqqətinə çatdırıb.
Sənəd səsverməyə çıxarılaraq qəbul olunub.
Oxşar xəbərlər
Yəmən hökuməti Bab əl-Məndəb boğazı və Zubab rayonuna nəzarəti tam itirib - YENİLƏNİB
17:30 15.11.2026
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət