Mina terrorçuları da cəzasız qalmayacaq
Mina terrorçuları da cəzasız qalmayacaq
Yusif Nəzərli
09:29 15.09.2023
Gündəm
370
Azərbaycan hüquq-müdafiəçiləri, QHT-lər faktları, hərbi cinayətləri müvafiq qurumların diqqətinə çatdırmalıdır
"İnsan haqları və beynəlxalq hüquq normalarından danışan, bəzi dövlətlərə "demokratiya" ixrac edən beynəlxalq təşkilatlar təəssüflər olsun ki, Ermənistanın mina terrorunu görməzdən gəlirlər. Ermənistana real təzyiq göstərmirlər".
Bu barədə millət vəkili Naqif Həmzəyev deyib. Deputat bildirib ki, erməni tərəfi çox təhlükəli, sürpriz minalanma metodunu tətbiq edir. Bu da nəticə etibarı ilə daha çox tələfata səbəb olur. 44 günlük Vətən müharibəsindən sonra 306 Azərbaycan vətəndaşı Ermənistanın mina terroru nəticəsində zərər çəkib, həyatını itirənlər, yaralananlar olub.
Bu, böyük rəqəmdir. Azərbaycan hökuməti ərazilərin minalardan təmizlənməsinə böyük miqdarda vəsait cəlb edir. İstənilən halda ərazilərin minalardan təmizlənməsi uzun zaman, böyük zəhmət və külli miqdarda vəsait tələb edən məsələdir. Məhz bu səbəbə görə öz yurdlarına qayıtmaq arzusunda olan məcburi köçkünlərin geri dönüşü də ləngiyir. Çünki quruculuq-bərpa işləri minalardan tam təmizlənmiş ərazilərdə həyata keçirilir".
Parlamentari ermənilərin törətdikləri digər təxribatlardan da danışıb:
"Ermənistan yenə də öz xislətindən əl çəkmir. Separatçılar, terrorçular artıq heyvanları da öz çirkin oyunlarına qurban edirlər. İtin boynuna kustar üsulla hazırlanmış partlayıcını bağlamaq və onu Azərbaycan hərbçilərinin mövqelərinə göndərmək bir siqnal olmalı idi. Məsələ beynəlxalq təşkilatların diqqətini cəlb etməliydi. Eyni zamanda Azərbaycanın separatçıların cəmləşdiyi ərazilərdə antiterror əməliyyatlarına başlamasına yaşıl işıq yandırılmalı idi. Ermənistan da separatçıları qınamalıdır. Əks təqdirdə prosesdən kənarda qalmayacaq və cəzasını alacaq. Azərbaycan hüquq-müdafiəçiləri, QHT-si faktları, hərbi cinayətləri müvafiq qurumların diqqətinə çatdırmalıdır. Çalışmaq lazımdır ki, bütün separatçılar, cinayətkarlar Xaçaturyan kimi qanun qarşısında cavab versinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat