Rusiya Dövlət Duması miqrantlar haqqında yeni qanun qəbul edib.
APA-nın Moskva bürosu xəbər verir ki, yeni qanuna görə, miqrant və onun uşaqları patentləri ləğv edildikdə və ya yenilənmədikdə Rusiyanı 15 gün ərzində tərk etməlidirlər.
Bundan başqa, əmək miqrantlarının uşaqları 18 yaşına çatdıqdan sonra 30 gün ərzində Rusiya Federasiyasını tərk etməli və ya patent almalıdırlar.
Yeni qanuna görə, miqrantlardan özlərini və uşaqlarını yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etmək üçün kifayət qədər rəsmi gəlir tələb olunacaq.