Moldova enerji sektorunda fövqəladə vəziyyət elan etdi

Moldova Ukraynadan keçən İsakçea-Vulkaneşti elektrik xəttinə dəyən ziyana görə enerji sektorunda fövqəladə vəziyyət elan edib.

Teleqraf xəbər verir ki, hökumətin fövqəladə vəziyyət elan etmək təklifini 72 parlament üzvü dəstəkləyib.

Hökumətin təklif etdiyi kimi, fövqəladə vəziyyət 60 gün müddətinə elan edilir.