
Moskva-Bakı gərginliyi yardımları dayandırmayacaq
04:55 04.09.2025
Gündəm
346
MDB içərisində Azərbaycan Ukraynaya ən çox yardım göstərən ölkədir
Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Ukrayna səfiri Yuri Husyev ilə görüşüb. Bu barədə Ukrayna səfiri “X”də paylaşım edib. Diplomat vurğulayıb ki, Azərbaycanın göndərdiyi humanitar yardımın yeni partiyası - enerji avadanlığı artıq Ukraynaya çatdırılıb: "Bunun üçün minnətdarıq. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün birgə addımlar barədə razılığa gəldik". Rusiya ilə yaşanan gərginlik fonunda Azərbaycanın Ukraynaya dəstəyi diqqət çəkir. Bakı indiyədək Ukraynaya müxtəlif istiqamətlərdə humanitar yardımlar göndərib, xüsusilə də enerji infrastrukturu üçün vacib olan avadanlıqların təchizatı ilə önə çıxır. Bu addımlar Azərbaycanın həm humanitar öhdəliklərinə sadiqliyini, həm də Ukrayna ilə strateji tərəfdaşlığını gücləndirmək niyyətini nümayiş etdirir. Rusiya rəsmiləri isə Azərbaycanın Ukraynaya yardımlarının heç bir məna kəsb etmədiyini vurğulayıblar.
"Alyans" Strateji Əməkdaşlıq Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a deyib ki, müharibə başlayandan etibarən Azərbaycan Ukraynaya fasiləsiz olaraq humanitar yardımlar göstərib. Ekspertin sözlərinə görə, sonuncu yardım 2 milyon dollar həcmində olub:

"Bu addım Rusiya ilə münasibətlərimizin kifayət qədər gərgin olduğu dönəmə təsadüf edib. Əslində, bundan əvvəl Azərbaycan Ukraynaya daha böyük məbləğlərdə yardımlar göstərib. O baxımdan 2 milyon dollarlıq yardım kiməsə "mənasız" görünə bilər. Ancaq işıq üzünə həsrət qalan Ukrayna xalqı üçün energetika avadanlıqlarının çox böyük əhəmiyyəti var. Təbii ki, Moskva ilə münasibətlərin səviyyəsindən asılı olmayaraq, Azərbaycan Ukraynaya humanitar yardımlarını davam etdirəcək. Azərbaycanla Rusiya arasında vəziyyətin pisləşməsi birbaşa Kremlin Azərbaycana mənfi münasibətindən, əlaqələri qəsdən korlamasından asılıdır. Rusiya Azərbaycana məxsus mülki təyyarənin öz hava məkanında məqsədyönlü şəkildə vurulmasından sonra sivil dövlət kimi davranmayıb. Üzr istəmək, təzminat ödəmək, günahkarları cəzalandırmaq kimi addımlar atmayıb. Bu da Moskva-Bakı münasibətlərində soyuqluğa səbəb olub. Yenə də ümid edirik ki, Rusiya tutduğu mövqenin yanlış olduğunu anlayacaq və Azərbaycanla münasibətlərin normallaşması üçün zəruri addımları atacaq".
Həmsöhbətimizin fikrincə, Rusiya ilə yaşadığımız gərginlik Ukraynaya yardımların həcmində hansısa dəyişikliyə, artıma, yaxud azalmaya gətirib çıxarmayacaq:
"Bakı öz imkanları daxilində Kiyevə hər zaman yardım əlini uzadacaq. Müstəqil Dövlətlər Birliyi içərisində Azərbaycan Ukraynaya ən çox yardım göstərən ölkədir. Biz öz yardımlarımızı hansısa üçüncü tərəfi qıcıqlandırmaq qayəsi ilə yox, birmənalı şəkildə humanitar məqsədlə edirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şuşada Qlobal Media Forumu keçiriləcək
10:12 10.07.2026
Media
Azərbaycan nefti 79 dollara satılır
09:42 10.07.2026
İqtisadiyyat
Azərbaycan və Rusiya Samur çayını bölüşdürür
09:33 10.07.2026
Aktual
Saçları ağardan yaş deyilmiş
09:19 10.07.2026
Maraqlı
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz