“Moskva və İrəvan alternativ plan işləyib, amma…”
Yusif Nəzərli
12:20 18.11.2022
Gündəm
676
“Azərbaycanın sülh müqaviləsinə yönəlik baxışlara dair alternativlər ortaya qoyur”
“Ona görə də qondarma rejim məsələsini Sülh gündəliyinə pərçim eləmək istəyinə qarşı dövlət rəhbərimiz dərhal cavab verdi”
“Məsələ asan deyil. Vacib olan odur ki, Ermənistan, əslində, istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib.
Bu barədə Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. Dövlətimizin başçısı deyib ki, biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq:
“Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur. Artıq söylədiyim kimi, Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni, Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır”.
Məsələni “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli vurğulayıb ki, ölkə rəhbərinin bu çıxışı Moskvanın Qarabağa və Azərbaycana yönəlik planlarından razı olmadığını göstərdi:
“Bu həm də tərəflərin sülh müqaviləsi imzalamasına yaxın olduğunun sübutudur. Yəni hansısa şərtlərin razılaşdırılması prosesi gedir. Lakin burada, mütləq Rusiyanın Qarabağ planı var. Hətta bu planın ilkin versiyası ona görə deşifrə olundu ki, Azərbaycanın qarşısına Vardanyan kimi adamı çıxartdılar. Çünki digər qondarma rejim təmsilçiləri cinayətkardır və Azərbaycan tərəfindən axtarışa veriliblər.
Bu səbəblə də onların masaya oturması mümkünsüzdür. Bütün bunları nəzərə alan Kreml isə Ermənistanla birlikdə alternativ plan işləyib. Prezident İlham Əliyevin bu sözləri Aİ-nin Şərq tərəfdaşlığı üzrə elçisi ilə görüşdə deməsi, Azərbaycanın sülh müqaviləsinə yönəlik baxışlara dair alternativlərinin olduğunu ortaya qoyur. Yəni biz təkcə Moskva və Vaşinqtonun mövqeyini əks etdirən məsələlərə baxmırıq. Biz həmçinin Avropa İttifaqı xətti ilə böyük uğurlar əldə etmişik. Bu isə davamlıdır və strateji olaraq uzunmüddətə hesablanıb.
Ona görə də qondarma rejim məsələsini Sülh gündəliyinə pərçim eləmək istəyinə qarşı dövlət rəhbərimiz dərhal cavab verdi. Həm Aİ anlayışı, həm Qarabağdakı terrorçular, həm də Qarabağda yaşayan ermənilər üzərindən mesaj ötürüldü. Bu isə oradakılar mənim əhalimdir və danışıqları özüm apara bilərəm yanaşmasıdır".
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya