Mövqeyimiz konkretdir! – “Hücumların cavabını alacaqlar” – “Dəmir Yumruq” yerindədir!
Fidan Həmişəyeva
09:01 27.05.2021
Gündəm
742
Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib. Onlar ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ilkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.
Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, Azərbaycan sərhəddə yaşananlarla bağlı mütləq Ermənistana lazımi cavabı verəcək:
“10 noyabr razılaşması daimi olaraq icra olunmayacaqsa, cənab Prezidentin də dediyi kimi hərbi versiyanı tətbiq edə bilərik. Lakin maraqlı bir məqam var: Paşinyan Ermənistandakı seçkilərə görə əlini gücləndirməyə çalışır. İstəyir ki, heç olmasa, bir az motivasiya olsun, erməni xalqında müharibədən sonra yaranmış süstlük aradan qalxsın. Təbii ki, buradan əldə olunmuş dvident 20 iyun seçkilərində Paşinyana müəyyən səs faizi qazandıra bilər.
Hazırda onun səsləri çoxdur və 24 faizə bərabərdir, ən yaxın rəqibinin isə səsi 14 faizdir. Bütün bunlardan sonra belə nəticəyə gəlmək olar ki, Paşinyan tərəfdarları belə təxribatlara əl atmağa cəhd göstərirlər. Onsuz da bilirdilər ki, əsgərlərini Azərbaycan ərazisinə göndərməklə onların əlimizə əsir kimi düşməsinə imkan yaradırlar. Ona görə sərhəddə təxribat törədirdilər ki, “məsuliyyət” Azərbaycanın üzərində qalsın”.
“Rəsmi Bakı indiki məqamda nə etməlidir?” sualına gəlincə, Ə.Əlibəyli vurğulayıb ki, əsas işimiz 10 noyabr sənədində nəzərdə tutulan məqamların yerinə yetirilməsi olmalıdır:
“Sərhəd xətlərinin müəyyənləşməsi dövlətimizin əsas vəzifəsidir, bunu mütləq etməliyik. Erməni təxribatlarının qarşısı daim alınmalıdır. Ümumiyyətlə, demarkasiya prosesi başa çatana qədər səbrli olmaq lazımdır.
Təbii ki, hücum etdikləri təqdirdə mütləq cavablarını alacaqlar. Bu, Azərbaycanın konkret mövqeyidir. İndi edə biləcəyimiz nədir? Bütün dünya bilməlidir ki, Azərbaycan suverenliyini bərpa edir, sərhəd xətlərini müəyyənləşdirir.
Paşinyan açıqlamasına deyib ki, guya təxribat törədilən yer Azərbaycan ərazisi deyil, sonra Müdafiə Nazirliyi koordinantları elan etdi. Məlum oldu ki, ermənilər ərazilərimizə keçiblər.
Bütün bunların hamısı Azərbaycanın “Dəmir Yumruqdan hər bir zaman istifadə olunması anlamına gəlir. Prezidentin sözündən önəmli heç nə yoxdur. Bu, konkret olaraq ən həlledici addımdır”.
Oxşar xəbərlər
Naxçıvanı Zəngəzur dəhlizinə bağlayacaq dəmir yolunun tikintisi sürətlə davam edir - FOTO
12:31 13.10.2026
Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir
12:23 13.10.2026
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya