Müctəba Xamenei ilə bağlı qeyri-müəyyənlik artır

İranda yeni lider elan olunan Müctəba Xameneinin Novruz Bayramı zamanı ictimaiyyət qarşısına çıxmaması onun səhhəti və harada olması ilə bağlı sualları artırıb. O, yalnız yazılı açıqlama yayıb.

Sherg.az xəbər verir ki, ABŞ və İsrail mənbələri Xameneinin sağ olduğunu bildirsə də, onun real hakimiyyətə sahib olub-olmadığı hələ də aydın deyil. Donald Trump administrasiyası da Tehranda faktiki qərar verənin kim olduğunu araşdırır.

Bəzi iddialara görə, Xamenei hücum zamanı yaralanıb və ciddi xəsarətlər alıb, lakin bu məlumatlar rəsmi təsdiqini tapmayıb.

Ekspertlər hesab edir ki, ölkədə mümkün idarəetmə boşluğu fonunda əsas güc strukturları, xüsusilə hərbi dairələr ön plana çıxır.