Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk

"Yerli istehsalın artırılması bizim üçün önəmlidir".

APA xəbər verir ki, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağababayev “ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu il keçirilən sərgilərdə müxtəlif yeniliklər, o cümlədən kəşfiyyat, artilleriya və digər silah sistemləri nümayiş etdiriləcək: “Bəzi yeniliklər var, bunları yerində görmək daha məqsədəuyğundur. Yeni texnologiyaların inkişafına üstünlük veririk. Müharibələr artıq başqa formalarda keçirilir. Bunun həlli ilə bağlı müdafiə sənayesində müəyyən addımlar görülür. Zamanla uyğunlaşmaq lazımdır”.