NATO ölkələri ABŞ-a İranla bağlı daha fəal dəstək verməyə başlayıb - Rütte

ABŞ-nin NATO üzrə müttəfiqləri İrana yaxın bölgəyə logistik dəstəyi gücləndirir

ABŞ-nin Avropadakı NATO üzrə müttəfiqləri İran ətrafındakı münaqişə zonasına logistik və digər dəstəyi artırmağa başlayıb.

Sherg.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi bildirib. O, Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak edir.

Onun sözlərinə görə, “getdikcə daha çox Avropa ölkəsi lazım olan logistik və digər dəstəyi, məsələn, mina axtaran və zərərsizləşdirən gəmiləri mümkün hərbi əməliyyatlar zonasına yaxın ərazilərdə əvvəlcədən yerləşdirir ki, növbəti mərhələyə hazır olsunlar”.

Baş katib qeyd edib ki, Avropa ölkələri Donald Trampın mesajını anlayıb. “Görürük ki, bu ölkələrin hamısı indi ABŞ-la ikitərəfli razılaşmalarda iştirak edir, onların hərbi bazalarda yerləşdirmə ilə bağlı tələblərini və zəruri logistik dəstəyi təmin edir”, - deyə o bildirib.

Rütte həmçinin vurğulayıb ki, Donald Trampın Almaniyadan 5 min amerikalı hərbçinin çıxarılması ilə bağlı qərarı Avropa müttəfiqlərinin İran məsələsindəki mövqeyindən narazılıqla bağlı olub.