Azərbaycan iqtisadiyyatında çox ciddi transformasiya baş verir.
"APA-Economics" xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Biznes Forumunda bildirib.
"Artıq ötən ilin yekun rəqəmlərinə baxsaq, görəcəyik ki, Azərbaycan iqtisadiyyatının 71%-i qeyri-neft sahəsidir. Neft bizim inkişafımızın bir drayveri olaraq qalmaqla yanaşı, bizim qeyri-neft sektorumuz da çox sürətlə və çox geniş bir spektr üzrə inkişaf edir. Bu inkişafın təmin olunmasında, əlbəttə ki, maliyyə imkanlarının genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bir tərəfdən dövlət vəsaitləri vasitəsilə həyata keçirilən layihələr, digər tərəfdən yerli investorlarımızın öz vəsaitləri, yerli banklarımızın təqdim etdiyi maliyyə alətləri, eyni zamanda da beynəlxalq maliyyə institutlarının maliyyə vəsaitləri bu inkişafı təmin edən əsas drayverlərdən biridir", - deyə nazir qeyd edib.