Nazir: “Azərbaycan “yaşıl enerji” dəhlizi ilə regional inteqrasiyada mühüm rol oynayacaq
Nazir: “Azərbaycan “yaşıl enerji” dəhlizi ilə regional inteqrasiyada mühüm rol oynayacaq
08:58 17.04.2024
Gündəm
469
Energetika naziri Pərviz Şahbazov Əbu-Dabidə IRENA Assambleyasının 14-cü sessiyası çərçivəsində “Bərpa Olunan Enerjinin Üçqat Artırılması” mövzusunda keçirilən yüksək səviyyəli plenar sessiyada çıxış edib.
Energetika Nazirliyindən verilən məlumata görə, çıxışda Azərbaycanın “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd”ə qoşulması ölkəmizin “yaşıl enerji” keçidinə sadiqliyi kontekstində dəyərləndirilib. COP29-un isə Azərbaycana bərpa olunan enerjinin inkişafı ilə bağlı əldə olunmuş nailiyyətləri irəliyə aparmaq imkanı yaratdığı qeyd olunub.
Bildirilib ki, COP29 yeni qlobal kollektiv maliyyə məqsədlərinin qəbulu üçün səylərin səfərbər edilməsində mühüm platforma olacaq: “Maliyyə 2030-cu ilə qədər bərpa olunan enerjinin üçqat artırılmasının da mühüm şərtlərindəndir. İnvestisiyalar istehsal güclərinin yaradılmasına, enerji sisteminə inteqrasiyasına, şəbəkənin gücünün artırılmasına, modernləşməsinə, ölkələr arasında interkonnektorların, enerji saxlanc sistemlərinin qurulmasına yönəldilməlidir”, deyə nazir əlavə edib.
Azərbaycanın 2030-cu ilədək bərpa olunan enerji potensialının ölkə və regional miqyasda artmasına töhfə verən ölkə olacağını vurğulayan nazir bu xüsusda Avropa İttifaqı ilə enerji tərəfdaşlığının mühüm komponenti olan “yaşıl enerji”nin tədarükü ilə bağlı həyata keçirilən layihələrdən bəhs edib. Bildirilib ki, regional kontekst bərpa olunan enerjinin üçqat artırılması hədəfində strateji əhəmiyyət daşıyır. İlin sonunadək texniki-iqtisadi əsaslandırması hazır olacaq “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi Azərbaycanı bərpa olunan enerji sahəsində regional inteqrasiyada aparıcı ölkələrdən birinə çevirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual