Nazir: "Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial islahatların mühüm nailiyyətlərindəndir"
Nazir: "Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial islahatların mühüm nailiyyətlərindəndir"
Yusif Nəzərli
07:08 07.09.2023
Gündəm
466
"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindəndir".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, ötən əsrin 90-cı illərində müstəqil Azərbaycan dövlətini quraraq uzunmüddətli inkişaf yoluna səfərbər edən Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizin uğurlu sosial inkişaf strategiyası yaradılıb:
"Bu strategiya Prezident İlham Əliyev tərəfindən mükəmməl islahatlarla davam və inkişaf etdirilir. Dövlət başçısının tapşırıqları ilə son beş ildə 4 sosial islahat paketi icra olunub, bu islahatlar üzrə ayrılan əlavə illik vəsait 7 milyard manata çatıb, sosial ödənişlərdə ciddi artımlar olub".
Bildirilib ki, DOST mərkəzlərində 159 xidmət “bir pəncərə”dən, innovativ texnologiyalarla, modern və çevik, tam şəffaf mexanizmlər üzərində təqdim edilir və DOST ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.
2019-cu ildən bu vaxta qədər DOST Agentliyi və 7 DOST mərkəzi, işğaldan azad olunmuş Zəngilanın Ağalı kəndində ilk Smart DOST Xidmət məntəqəsi açılıb. DOST mərkəzlərində ötən dövrdə 1 milyon 730 min vətəndaşa xidmət göstərilib, həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizə çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi