Nazir: “Pandemiya kompüter biliklərimizi yeniləməyimizə ehtiyacı göstərdi”
Yusif Nəzərli
07:07 17.11.2022
Gündəm
307
“Koronavirus (COVID-19) pandemiyası bizə təkcə səhhətimizlə bağlı riskləri göstərmədi, həmçinin kompüter proqramları ilə bağlı biliklərimizi yeniləməyimizə ehtiyacın olmasını göstərdi”.
"Report" xəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
“Bu baxımdan nazirliyin üzərinə bir neçə məsələ düşür. Hesab edirik ki, son iki il ərzində bu məsələlərin üzərinə inamla getmişik. Bunlardan birincisi virtual məkanla bağlı infrastrukturun yenilənməsidir. Burada yaxşı xəbər ondan ibarətdir ki, Azərbaycanda telekommunikasiya infrastrukturuna cavabdeh olanlar, drayverlər özəl şirkətlərdir. Onlar bu inkişaf yolunu keçib, nə vaxtsa bazarın kiçik və orta şirkətləri olub, bu gün bazarın ən aparıcı şirkətləridir. İkinci məsələ odur ki, biz insanların bilik və bacarıqlarını davamlı yeniləməsi üçün orta və ali təhsilin tam yetərli olmaması qənaətindəyik və "lifetime learning" (həyatı boyu öyrənmə) məsələsi önəm kəsb edir.Əgər insanın potensialı varsa, həyatının istənilən mərhələsində yeni biliklər əldə edə bilər. Bu baxımdan bizim yeni təşəbbüs "Technest" layihəsidir. Bu layihə çərçivəsində hər il informasiya texnologiyaları ixtisası üzrə 3 000-ə yaxın tələbəni əmək bazarına buraxmaq niyyətindədirlər”, - nazir qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya