Nazirin bəyanatının “tərcüməsi”: “Rusiyanın adı çəkilməsə də, müdaxiləsi pisləndi”
Yusif Nəzərli
15:22 12.01.2022
Gündəm
1421
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda baş verən son hadisələrlə bağlı növbədənkənar iclasında çıxış edib. Bununla bağlı Azərbaycan XİN məlumat yayıb.
C.Bayramov bildirib ki, Azərbaycan qardaş Qazaxıstandakı mövcud vəziyyəti dərin narahatlıqla izləyir:
“Biz Qazaxıstan xalqının və hökumətinin müdrikliyinə və qabiliyyətinə inanırıq. Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək.
Qazaxıstanda vəziyyətin tezliklə normallaşdırılması və qazax xalqının və bütün regionun rifahı naminə geniş tərkibli islahatların davam etdirilməsi yolu ilə ölkədə siyasi, sosial və iqtisadi inkişafa qayıtmaq səylərini dəstəkləyirik”.
Nazirin çıxışını “Sherg.az”a şərh edən politoloq Qabil Hüseynli 30 illik bir vaxtda Qazaxıstan xalqının böyük nailiyyətlər əldə etdiyini bildirib:
“Nazirimiz də bu nailiyyətlərin qorunub saxlanılması və bu istiqamətdə səylərin davam etdirilməsini istəyir. Sözsüz ki, bu nailiyyətlərin ölkəyə siyasi rəhbərliklə qırılmaz bağlı olduğunu da vurğulayıb. Ad çəkməsə də, Nursultan Nazarbayevin müasir Qazaxıstanın yaradıcısı olduğunu göstərib.
O, nazirin Qazaxıstanı aparılan təbliğatlara uymaması ilə bağlı fikirlərinə toxunub:
“Eyni zamanda Qazaxıstanın müdrik xalqına belə bir çağırış da var ki, kənardan təlqin edilən müəyyən provokasiyalara fikir verməsinlər. Ölkədə asayiş və sabitlik qorunmalıdır. Rusiyanın adı çəkilməsə də, ölkəyə kənar müdaxilənin pislənməsi məsələsi nəzərə çarpıb. Bu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirliyi Şurasının yekunda qəbul etdiyi bəyanatda öz əksini tapıb”.
Q.Hüseynli Azərbaycanın hər zaman qardaş Qazaxıstanın yanında olacağını qeyd edib:
“Xarici İşlər Nazirləri Şurasının son bəyanatında bildirilir ki, əllərindəki bütün imkanlarla hər zaman dost və qardaş Qazaxıstan xalqının yanındadırlar. "Bütün imkanlar" hər şey deməkdir. Hərbi yardım da buna daxildir. Zənnimcə, ehtiyatlı, ölçülüb-biçilmiş, yaranmış vəziyyətə adekvat olan bir bəyanatdır. C.Bayramovun da çıxışı bu qəbildən hər şeyi özündə ehtiva edir”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm