Donald Tramp ilə bağlı Ağ Ev tərəfindən yayılan paylaşım sosial mediada böyük qalmaqala səbəb olub. Sherg.az xəbər verir ki, paylaşımda Trampın görüntüsünün mozaikləşdirilməsi diqqət çəkib.
Bu addım izləyicilər arasında “Tramp niyə senzura edildi?” sualını gündəmə gətirib və müxtəlif fərziyyələrə yol açıb.
Məlumata görə, bu görüntünün arxasında ABŞ-İran gərginliyi və informasiya mübarizəsi ehtimalı müzakirə olunur. Bəzi analitiklər bunu “təbliğat savaşı”nın bir hissəsi kimi qiymətləndirirlər.
Digər tərəfdən, sosial şəbəkələrdə bu paylaşımın məqsədi barədə müxtəlif iddialar irəli sürülür. Bəziləri bunun sadəcə diqqət çəkmək üçün edilən strateji bir addım olduğunu düşünür.
Paylaşımın arxasında nə məqsəd olduğu hələ tam aydın deyil, lakin hadisə beynəlxalq gündəmdə geniş müzakirə doğurub.