Nərminin əmisi oğlu: “Xəbər çıxmadığı halda, atası qonşu kəndə “ciyəraxşamına” getdi”
Yusif Nəzərli
13:49 25.11.2021
Gündəm
403
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nərmin Quliyevanı ən son görən əmisi oğlu Qorxmaz Quliyev dindirilib.
O bildirib ki, özü Gəncədə yaşayır və həmin gün başqa bir əmisi qızının toyuna görə kəndə gəlib.
“Hadisə günü də Nərmin günorta saat 14:00 radələrində qonşu olan Arif əmisigilə gəlib, atasının göndərdiyi gödəkçəni təhvil verib. Oradan Lətif əmisigilə keçib, başqa bir gödəkçəni istəyib. Atası onu geyinib, həmin gün qardaşı qızının toyaxşamına getməli idi. Nərmin gələndə evdə olan nənəm də, əmim Lətif də yatmışdı. Qapının ağzında dayandı. Əmimoğlu Ayxanla sinif yoldaşı idi. Ayxandan soruşdu ki, niyə dərsə gəlməmişdin? Ayxan həmin gün yatıb qalmışdı. Ayxan hamamdan gödəkçəni götürüb ona verdi. Nərmin gödəkçəni qoymaq üçün torba verməyimizi gözləmədən çıxıb getdi”, - deyə, şahid bildirib.
Q.Quliyevin sözlərinə görə, təxminən 1 saat sonra Nərminin böyük bacısı Şəbnəm gəlib, bacısının evə qayıtmadığını deyib. Əmisigildə olmadığına əmin olandan sonra çıxıb gedib.
“Baxmayaraq ki, uşaqdan xəbər çıxmamışdı, axşam saat 18:00 radələrində Nərminin atası qonşu kəndə “ciyəraxşamına” getdi”, - Q.Quliyev deyib.
Vəkillərin “Nərminin atasının axşam ora gedəndə əynində gödəkçə var idimi?” sualına cavab olaraq şahid deyib ki, həmin gün Şərif əmisinin nə geyindiyinə fikir verməyib.
Vəkillər bildirib ki, şahidin məhkəmədə dedikləri ilə istintaqa ifadəsi arasında kəskin ziddiyyətlər var. Ona görə də həmin ifadə elan olunmalı, Q.Quliyev fərqli ifadə verməsinin səbəblərinə aydınlıq gətirməlidir.
Proses noyabrın 30-da davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət