Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb

İsrailin baş naziri Benjamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu arasında baş verən gərgin dialoq gündəm olub.

Sherg.az xəbər verir ki, hadisə Tel-Əvivdə keçirilən Maccabiah Games açılış mərasimində yaşanıb. İsrail mətbuatının məlumatına görə, Sara Netanyahu tədbir zamanı həm həyat yoldaşına, həm də onun müşavirlərinə etiraz edib.

Şahidlərin sözlərinə görə, Sara Netanyahu izdiham səbəbindən narahatlıq yaşadığını bildirərək, ona kifayət qədər müşayiət göstərilmədiyini deyib və baş nazirə “Sənin ucbatından insanlarla mübahisə etməli oldum” ifadəsini işlədib.

Məlumata görə, narazılıq bir neçə dəqiqə davam edib. Sosial şəbəkələrdə yayılan görüntülərin isə hadisənin qismən səngiməsindən sonra çəkildiyi bildirilir.