"İsrail Baş naziri Binyamin Netanyahunun 2026-cı ildə Rusiyaya səfərinin təşkili gündəmdədir".
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Oded Yosef RTVI-yə verdiyi müsahibədə bildirib.
"Əlbəttə", - deyə səfir İran ətrafındakı vəziyyətlə əlaqədar səfərin hələ də gündəmdə olub-olmadığı ilə bağlı sualı cavablandırarkən bildirib.
Diplomat bildirib ki, "Düzgün xatırlayıramsa, demişdim ki, ən vacib vəzifələrimdən biri İsrail rəhbərliyinin, o cümlədən, Baş nazir Netanyahunun bu il ərzində Rusiyaya səfərini hazırlamaqdır və ümid edirəm ki, bu, gerçəkləşəcək".