- Zərdüşt Əlizadə: “İranın müqaviməti Trampın bütün planlarını alt-üst etdi”
ABŞ və İsrailin fevralın 28-də İrana başlatdığı müharibə iyunun 8-də atəşkəslə başa çatdı. Tərəflər zamanla bir-birlərinə qarşı hücumlar həyata keçirsə də, iyunun 18-də imzalanan memoranduma əsasən hərbi toqquşmaların sonlanmasına möhür vuruldu.
Lakin İsrailin sazişdən kənarda qalması və sərt tələbləri regionda bərqərar olan atəşkəsin, müharibəyə çevrilmə riskini aktiv saxlayır. ABŞ və İran nümayəndə heyyətləri iyunun 21-də İsveçrədə bir araya gələrək, memoranduma daxil olan bəndləri müzakirə etdilər. Görüş ABŞ prezidentinin təhdidkar açıqlamalarına qədər normal keçib. Donald Trampın İranı bombalamaq təhdidlərinə etiraz edən Tehran nümayəndələri məkanı tərk ediblər. İran XİN-in sözçüsü İsmayıl Bəqayi bugünkü açıqlamasında tək bir sazişlə ABŞ-nin İrana olan ədavətinin yox olmayacağını vurğulayıb. Qarşı tərəfin ristorikası da sərtləşib.
Politoloq Zərdüşt Əlizadə Sherg.az-a İran, ABŞ və İsrail arasında baş tutan müharibənin pərdəarxası məqamlarını şərh edib:
“İran öz əzmkar müqaviməti ilə Trampı çıxılmaz vəziyyətə saldı. Netanyahu, Trampı uzağı 5 günə rejimi yıxacaqlarına inandırmışdı. ABŞ-yə bel bağlayan İsrailin planları puç oldu. Əslində müharibə aparmaq onların gündəliyində yox idi. Çünki əsas ümidlərini İran daxilində yaratdıqları üsyanlara dikmişdilər. Daxili iğtişaşlarla, rejimi devirə bilməyəcəklərini anladıqdan sonra son çarə hücuma keçdilər. Onlar İranın əsas simalarını öldürsələr də, rəsmi Tehran düzgün siyasi xətt yürütdü. Əvvəlcə Hörmüz boğazını bağlayıb, dünya iqtisadiyyatını iflic vəziyyətinə saldı, daha sonra satqın Körfəz ölkələrinin ərazisində yerləşən ABŞ hərbi bazalarını bombaladı. ABŞ və İsrail bunu İrandan gözləmirdi. İsrailin “Dəmir Qübbə” müdafiə sistemi süzgəcə çevrilmişdi. Təl-Əviv hərbi senzura vasitəsilə məruz qaldığı itkiləri gizlətsə də, ölkə ciddi dağıntılarla üz-üzə qaldı”.
Politoloqun sözlərinə görə, İsrail “ağa nəzərəm, belə gəzərəm” şüarına sarılıb, İranda 47 il kök salmış rejimi yıxa bilməz:
“Tramp gördü ki, müharibəyə davam etdikcə, itirən tərəf özü olacaq. Çünki qarşıdan konqres seçkiləri gəlir. Əgər seçkilərdə Demokratlar Partiyası üstünlük qazansa, onların iki il ərzində işi-gücü Trampı it ölüsü kimi o yan bu yana sürüyüb, prezidentlikdən qovanadək, impiçmentini tələb etmək olacaq. Trampın hakimiyyətdən uzaqlaşdırılması üçün yetərli sayda səhvləri var. Lakin o, tarixə uğursuz prezident kimi düşmək istəmir. konqres seçkilərinin keçirilməsinə də 2 il yarım vaxt qalıb. Tramp daxili auditoriyada xal qazanmaq üçün seçkilərə qədər müharibəyə son qoymağı hədəfləyib. Onun İrandakı rejimi yıxmaq cəhdləri uğursuz oldu”.
Z.Əlizadə qeyd edib ki, Tramp bir ara nüvə proqramını genişləndirməyi də düşünürdü:
“ABŞ-nin nüvə silahı istehsal etməyə texniki imkanları olsa da, Trampın proqramı genişləndirmək cəhdlərinin qarşısı alındı. Hətta o, ABŞ-nin Birləşmiş Qərargah Rəisi Dan Kaindən nüvə silahının kodlarını verməsini istəmişdi. Kain isə Trampa cavabında bildirdi ki, İran ABŞ üçün təhdid yaratmadığı halda, ona qarşı nüvə silahından istifadə etmək hüquqi nəticələrə, o cümlədən həbs cəzasına səbəb ola bilər. Quru qoşunları ilə ölkəyə daxil olmaq planları da iflasa uğradı. Çünki İranı girmək üçün ona azı 1 milyonlq ordu lazım idi. ABŞ-nin isə cəmi 450 minlik ordusu var. Trampın dəniz əməliyyatı vasitəsilə uğur qazanmaq şansı da sıfıra bərabər olacaqdı. İranın sahildən buraxılan gəmiəleyhinə raket sistemləri var. ABŞ dəniz qüvvələri İran sahillərinə yaxınlaşan kimi, İranın uzunmənzilli raketləri tərəfindən vurulacaqdı”.
Müsahibin fikrincə, Körfəz ölkələri ABŞ-nin təhlükəsizlik çətiri altında olsalar da, zərbələrə məruz qaldıqları üçün Trampı müharibəni dayandırmağa çağırdılar:
“Onlar anlamır ki, regionda təhlükəsizliyi təmin etmək üçün İranla xoş münasibətlər qurmaq kifayətdir. Fikir verirsinizsə, Netanyahu regionda çatana çatır, çatmayana da daş atır. Hamını hədələyib, torpaqlarını İsrailə birləşdirməyə cəhd göstərir. İran isə yalnız məzlum xalqların yanında olmağa çalışır. Biz bunu Fələstin və Qəzzaya göstərdiyi dəstəkdən görə bilərik. İrana terrorçu dövlət deyənlər, 20 min günahsız uşağın qanını içən İsrailə çevrilib, baxsınlar. Qəzzada ölənlərin sayı artıq yarım milyona çatır. Millətə yaxınlarının meyitlərini dağıntıların altından çıxarmağa belə icazə vermirlər”.
Politoloq onu da vurğulayıb ki, İsrail əsgərləri fələstinli uşaqları öldürmələrini onların gələcəkdə böyüyüb, terrorçu ola biləcəkləri ilə əsaslandırırlar:
“Bu cür düşüncə yalnız faşist təfəkkürdə yer tuta bilər. Bütün dünyada yəhudilərə olan hörməti ölüb. Əvvəllər Holokost soyqrımına görə onlara yazığı gələnlər, indi A.Hitlerə rəhmət oxuyurlar. Bilirsiniz, İsrail nəyə görə regionu qan gölünə çevirir? Məqsədi “Böyük İsrail” dövləti qurmaqdır. Bir zamanlar, ermənilər “Böyük Ermənistan” yaratmağın xam xəyalına düşmüşdülər. Ermənilərlə yəhudilər xəstə təfəkkürə sahibdir. Erməniləri məğlubiyyətlə müalicə elədiyimiz kimi, İsrail də müalicə edən olmalıdır. Yalnız məlubiyyətin dadını biləndən sonra ağılları başlarına gələcək”.