Nigeriyalı nazir ECO-Afrika nəqliyyat dəhlizinin yaradılmasını təklif edib

İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri kimi Afrika da iqlim dəyişikliyinin təsirinə daha çox məruz qalır.
Sherg.az xəbər verir ki, bunu Nigeriya Federativ Respublikasının büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.

Abubakar Atiku Baqudu ECO-Afrika nəqliyyat dəhlizinin yaradılmasını təklif edib: “Biz daha təmiz enerji mənbələrinə çıxışı təmin etmək üçün regional enerji şəbəkələrinə sərmayə yatırırıq. Biz gənclərə və qadın sahibkarlara da dəstək veririk”.