Növbəti köç karvanı ilə Ağdam şəhərinə köçürülən 156 nəfərdən ibarət 41 ailəyə yeni mənzillərin açarları təqdim olunub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı davam etdirilir.