Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

Xocavənd şəhərinə köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə şəhərə köçürülən 41 ailə, ümumilikdə 163 nəfər yeni mənzillərlə təmin olunub.

Doğma yurdlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqların işğaldan azad edilməsinə görə Azərbaycan Ordusuna minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Xocavəndə köç edən ailələr indiyədək respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.