
Ombudsman artıq ölkədə söz sahibi olur
Yusif Nəzərli
07:48 20.10.2022
Gündəm
753
Səlahiyyətlərin artırılması məsələlərə daha çevik, operativ yanaşmanı təmin edəcək
İnsan hüquqları üzrə müvəkkilə (Ombudsman) yeni səlahiyyətlər verilməsi təklif olunur. Milli Məclisdə bununla bağlı qanun layihəsi birinci oxunuşda qəbul olunub. Dəyişikliyə əsasən, ombudsmanın fəaliyyətinin əsasları sırasına dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi daxil edilir. Ombudsman publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin “İnformasiya əldə etmək haqqında” qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə də nəzarəti həyata keçirəcək. Müvəkkilə bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirmək də həvalə olunur.
Eyni zamanda Ombudsman insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.
İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva da deyib ki, vaxt keçdikcə zamanın tələbləri dəyişir və mövcud qanunda dəyişikliklər edilməsinin zərurəti olduqca böyükdür: "Konstitusiya Qanunu 20 il bundan öncə qəbul edilib. Ona görə hesab edirəm ki, hazırda müəyyən dəyişikliklərin qəbul edilməsi üçün zaman yetişib. Biz həm öz tərəfimizdən olan təklifləri, həm də beynəlxalq qurumların bizə tövsiyə etdikləri bir sıra dəyişiklikləri hökumət nümayəndələri ilə müzakirə etdik. Ombudsman təsisatı haqqında Konstitusiya Qanununa dəyişikliklərin olunması üçün proses başlanıb. Artıq qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib".

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Şərq"ə deyib ki, İnsan Hüquqları üzrə müvəkkilə yeni səlahiyyətlərin verilməsi təqdirəlayiqdir. Ekspertin sözlərinə görə, bununla bağlı Milli Məclisə təqdim olunan qanun layihəsində bir çox yeniliklər öz əksini tapıb:
"Ombudsmanın səlahiyyət dairəsinin genişlənməsi həm də hüquqları pozulan vətəndaşlarımızın müvəkkilə müraciət etmək səlahiyyətlərinin də genişlənməsi deməkdir. Müxtəlif sferalarda, dövlət, publik hüquqi şəxslər, bələdiyyələr və başqa sahələrdə vətəndaşların pozulmuş hüquqlarından Ombudsmana şikayət etmək hüquqları genişlənir. Bu, insanlar üçün, onların hüquqlarının qorunması sahəsində dövlətin atdığı mühüm addımlardan biridir. Hesab edirəm ki, olduqca vacibdir. Səlahiyyətlərin genişləndirilməsi ilə bərabər Ombudsman Aparatının əməkdaşlarının sayının artırılması da təbii ki, nəzərdə tutulub. Əgər belə olarsa, yeni vəzifələrin öhdəsindən gəlmək imkanı yaradılar. Ombudsman Aparatının bu məsələlərə daha çevik, operativ yanaşması təmin ediləcək. Bütün hallarda ölkənin istənilən sahəsində, müəyyən qurumlar tərəfindən vətəndaşların hüquqlarının pozulmasına adekvat reaksiyaların olması müsbət haldır. Bu, dünya təcrübəsində nəzərdə tutulan səlahiyyətlərdir".
Ç.Qənizadə vurğulayıb ki, Azərbaycanda insan haqlarının pozulması ilə bağlı zaman-zaman şikayətlər gündəmə gəlir və yəqin ki, bundan sonra da olacaq:
"Nə qədər ki, vəzifəsindən və səlahiyyətindən sui-istifadə edən məmurlar var, onlar insanların hüquqlarını pozmaqda maraqlı olacaqlar. Amma əsas məsələ dövlətin mövqeyinin necə olmasıdır. Dövlət öz vətəndaşının hüquqlarının qorunması istiqamətində addımlar atırmı? Ombudsmana verilən əlavə səlahiyyətlər dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Əminəm ki, başda İnsan hüquqları üzrə müvəkkil Səbinə xanım Əliyeva olmaqla Ombudsman Aparatı yeni səlahiyyətlər çərçivəsində daha çevik və operativ işləməklə insanlardan daxil olmuş şikayətlərin vaxtında və qanunauyğun şəkildə həll edilməsi uğrunda əlindən gələni edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət