Ombudsman: "Ermənilərin Azərbaycan torpaqlarında basdırdığı minalar insanların həyatına təhlükə yaratmaqda davam edir"
07:11 11.09.2023
Gündəm
408
"Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan torpaqlarında basdırılmış minalar insanların həyatına təhlükə yaratmaqda davam edir".
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Azərbaycan Ordusunun hərbi qulluqçusunun minaya düşməsi barədə reaksiyasında deyilir.
Ombudsman xatırladıb ki, sentyabrın 10-da Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəyyam Eminov Ağdam ərazisində bölmələrimizin təminat yolunda qanunsuz erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.
"Təəssüf hissi ilə qeyd etmək istərdim ki, dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistan tərəfi minalanmış ərazilərin dəqiq xəritələrini ölkəmizə təhvil verməkdən hələ də boyun qaçırır.
Beynəlxalq ictimaiyyətin, nüfuzlu beynəlxalq təşkilatların mina terroru ilə əlaqədar Ermənistana təsir göstərməməsi onların bu cür təxribatlar törətməkdə davam etməsinə, nəticədə çoxsaylı insan itkisinə və ya ağır xəsarətlərə səbəb olmaqdadır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, Ermənistanın bu təxribatlarını qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti hərbi qulluqçularımızın, eləcə də mülki şəxslərin həyatına təhlükə yaradan mina terrorunun qarşısının alınması və dəqiq mina xəritələrinin ölkəmizə təqdim edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıram", - deyə S.Əliyeva vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat