“Respublika əhalisinin böyük hissəsi paytaxtda yaşayır. Düşünürəm ki, bir gün vətəndaşlar evdə qalmalı və şəhər xüsusi dərmanlarla dezinfeksiya olunmalıdır”.
"Optimist olaq və bir-birimizə kömək edək"
Banuçiçək Kalbalıyeva
11:40 19.03.2020
Gündəm
857
Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif Əliyev koronavirusla bağlı mühüm bir məsələni açıqlayıb. O qeyd edib ki, hansısa şəxs özündə koronavirus şübhəsi görürsə, bu adam yaxın zamanda səyahətdə olubsa, o zaman təcili yardıma xəbər verməlidir".
Oun sözlərinə görə, bu zaman xüsusi maskada olan həkim gəlib onu yoxlayacaq, yaxma nümunəsi götürəcək və müvafiq yerlərə göndərəcək: "Həmin nümunə Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Mübarizə Mərkəzinə göndərilir. Amma hansısa insan özü sərbəst şəkildə gedib bu cür yoxlana bilməz, çünki bu zaman qarışıqlıq olar. Həmin şəxsə gərək həkim nəzarət etsin. Ölkədə nə qədər insan var, hər qızdırması olan gedib o cür yoxlansa, qarışıqlıq olar. Gərək bu təyinatı həkim versin. Koronavirus təhlükəsi olan adamdan yaxma alındıqdan sonra həmin şəxs karantinə götürülür".
Əlbəttə, bu, insanların koronavirusla bağlı şübhələrinə aydınlıq gəlinməsi baxımından mühüm qərardır. Kim deyir ki, hər asqıran, öskürən bu virusun daşıyıcısıdır?
Qərarı dəyərləndirən ictimai-siyasi xadim, həkim Zəlimxan Məmmədli “Sherg.az”a bunun müsbət təşəbbüs olduğunu deyib: “Əlbəttə, belə də olmalıdır. Əgər səhhətində narahatlıq olan insan xəstəxanaya getmək istəsə, təbii, risk ehtimalı da artacaq. Odur ki, ən yaxşı çıxış yolu mənzildə testin edilməsidir”.
Z.Məmmədli insanlara tövsiyə verib:
“Optimist olmaq lazımdır. İnsanlar bir-birilərinə kömək etməlidirlər. Şəxsi gigiyenaya diqqət etmək ən vacib məqamdır. Eyni zamanda çoxlu vitamin qəbul etməyi, limonlu su içməyi, əlləri tez-tez yumağı tövsiyə edirəm. İnsanlar mümkün qədər evdə oturmalı, kütləvi yerlərə çıxmamalıdırlar”.
Həkimin fikrincə, ən effektiv metodlardan biri də paytaxtın dezinfeksiya edilməsidir:
“Respublika əhalisinin böyük hissəsi paytaxtda yaşayır. Düşünürəm ki, bir gün vətəndaşlar evdə qalmalı və şəhər xüsusi dərmanlarla dezinfeksiya olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya