Orduda islahatlar davam etdiriləcək - General
10:25 13.01.2024
Gündəm
362
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyəti ilə təlim-metodiki toplanış keçirilib.
Axar.az xəbər verir ki, kadr orqanı işçiləri, şəxsi heyətin uçotuna, təşkilat-səfərbərlik və qeyri-məxfi kargüzarlığa cavabdeh şəxslərin iştirak etdiyi toplanışda Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov çıxış edib.
Baş İdarə rəisi, ordumuzda kadrların idarə edilməsi üzrə ötən il ərzində görülən işlərdən danışıb və bu il qarşıda duran əsas tapşırıqlar barədə məlumatlandırıb.
Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Türkiyə modelinə uyğunlaşdırılması məqsədilə Azərbaycan Ordusunda uğurlu islahatlar aparılıb. Bu istiqamətdə icra edilən tədbirlərin cari ildə də davam etidiriləcəyi və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
Diqqətə şatdırılıb ki, ordumuzun strateji düşüncəyə malik, bacarıqlı kadrlarla komplektləşdirilməsi, təşkilati-ştat strukturunun təkmilləşdirilməsi üzrə icra edilən tədbirlər, əldə edilən nailiyyətlər öz yüksək effektini verib.
Təlim-metodiki toplanışda Azərbaycan Ordusunun kadr işləri üzrə cavabdeh zabitlərinin kadr hazırlığı və komplekləşdirmə istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məruzələri dinlənilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə