Övladına dağ basdığı deyilən ana: “Aliment ödəməmək üçün...”
14:21 12.02.2020
Gündəm
597
Tərtər rayonunda azyaşlı övladına işgəncə verdiyi deyilən qadın danışıb. Baku TV xəbər verir ki, rayonun Azad Qaraqoyunlu kənd sakini, işgəncələrə məruz qaldığı iddia olunan azyaşlının anası Könül Dünyamalıyeva hazırda boşanmaq üzrə olduqları və uşağın atasının aliment ödəməməsi üçün şər-böhtan xarakterli məlumatlar yaydığını bildirir.
K.Dünyamalıyeva deyir ki, Laçın rayonundan olan məcburi köçkün Rafiq Dünyamalıyevlə 2010-ci ildə ailə qurublar. Bu izdivacdan biri oğlan, biri qız olmaqla, iki övladları var. Bir ildən çoxdur ki, ayrı yaşayırlar. Rəsmi ayrılmasalar da, beş yaşlı qızları ana ilə, doqquz yaşlı oğulları isə atası ilə yaşayır. Boşanmaq üçün Tərtər Rayon Məhkəməsinə müraciət ediblər:
“Yayılan xəbərlər isə tamamilə əsassız və uşağın atasının rəsmi olaraq boşandıqdan sonra aliment ödəməməsi üçün uydurmalarıdır”.
Azyaşlının anası K.Dünyamalıyevanın fikirlərinə aydınlıq gətirmək üçün qarşı tərəf olan, Bərdə rayonunun Soğanverdilər kəndində məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, azyaşlı oğlanın atası R.Dünyamalıyevlə görüşdük. O bildirdi ki, uşaq xəstə olduğu üçün doqquz ay əvvəl müalicəsi üçün anasının yanına göndərib və hadisə də uşağın anasının yanında olduğu zaman baş verib.
R.Dünyamalıyevin sözlərinə görə, oğlu anasının yanına göndərildikdən bir neçə gün sonra zəng edərək, anasının onu döydüyünü, işgəncə verdiyi deyib. O deyir ki, uşağı görməyə getdiyi zaman görüb ki, ana şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Bu hadisədən sonra uşağı gətirərək, öz yanında saxlayıb. Daha sonra uşağın yaralarının ciddi olduğunu görüb, polisə məlumat verib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya