Övladını qonşuya verib ondan imtina edən valideynlər tapıldı
Yusif Nəzərli
13:01 06.10.2021
Gündəm
338
Sumqayıt şəhərində müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynləri tapılıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
Onun sözlərinə görə, azyaşlının atası övladına sahib çıxmaq üçün onun yerləşdirildiyi sığınacağa müraciət edib və bundan sonra o, dövlət komitəsinə yönləndirilib.
Dövlət komitəsinə dəvət olunan valideynin izahatı alınıb və onunla psixoloji söhbət aparılıb. O, övladına sahib çıxmaq niyyətində olduğunu bildirib və bir daha oxşar hadisənin baş verməyəcəyinə təminat verib.
Dövlət komitəsinin müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası tərəfindən atanın ailə vəziyyəti ilə bağlı araşdırmaların aparılmasına başlanılıb.
Araşdırmaların nəticəsinə uyğun olaraq azyaşlının atasına təhvil verilib-verilməyəcəyi ilə bağlı qərar qəbul ediləcək.
Qeyd edək ki, azyaşlı atasına təhvil verilsə də, ailə dövlət komitəsinin nəzarətində olacaq. Ümid edirik ki, gələcəkdə bu kimi hallar baş verməyəcək.
Xatırladaq ki, bir neçə gün öncə iki yaşlı uşağın valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verildiyi barədə məlumatlar yayılıb. Qeyd olunub ki, sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya