Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi

Pakistan ordusunun komandanı feldmarşal Asim Münir ötən həftə, İrana planlaşdırılan səfərindən bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Pakistan rəsmilərinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, telefon danışığı Münirin bazar ertəsi danışıqlar üçün Tehrana səfərinin gözlənildiyi tarixdən bir neçə gün əvvəl baş tutub.

“Reuters”in yazdığına görə, əvvəl elan olunmayan telefon danışığı ABŞ-nin İrana və onun ticarət tərəfdaşlarına qarşı genişmiqyaslı iqtisadi müharibə tətbiq edəcəyini bəyan etdiyi vaxtda baş verib.