Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, əgər 300-500 min nəfər onun istefasını tələb edərsə, vəzifəsini tərk etməyə hazırdır.
Sherg.az xəbər verir ki, Paşinyan İrəvanda keçirilən seçkiöncəsi görüşdə qeyd edib ki, xalqın iradəsi əsasdır və dəstək kütləvi şəkildə tələb olunsa, sakit şəkildə və dərhal istefa verəcək.
Paşinyanın sözlərinə görə, əgər 700 min vətəndaş - yəni seçicilərin 50 faizindən çoxu onun qalmasını dəstəkləsə, vəzifəsində qalmağa davam edəcək.
Baş nazir vurğulayıb ki, “xalq desə get”, o, tərəddüd etmədən postunu tərk edəcək və özünü “xalqın xidmətçisi” kimi gördüyünü bildirib.