Paşinyan həyatı ilə "cip-cip" oynayır - TƏHLİL
13:28 13.09.2023
Gündəm
717
Baş nazir anlamaq zorundadır ki, bu gün regionda Türkiyənin təsir imkanları realıqdır
Ermənistan və Türkiyə liderləri arasında telefon danışığı iki ölkə arasında münasibətlərdə paradiqmanın dəyişməsindən və Ankaranın Cənubi Qafqazdakı rolundan xəbər verir. İrəvanın addımları Ermənistan hakimiyyətinin Ankaranı Moskvadan üstün tutduğu təəssüratını yaradır.
Bunu erməni politoloq Suren Surenyants deyib.
“Maraqlıdır, regional status-kvonun dəyişməsindən, İrəvanın xarici siyasətini balanslaşdırmağa çalışmasından, yaxud Paşinyan üçün Ankaranın şərti “Moskva”ya çevrilməsindən danışmaq olarmı? Ankara “notarius” rolunu oynayır və Ermənistana “kadastr arayışı” verir?!” - o bildirib.
Məsələyə münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov “Sherg.az ”a deyib ki, bu açıqlamalar Ermənistanın daxilində siyasi oriyentasiyasının yavaş-yavaş dəyişməyə doğru getdiyini göstərir:
"Bunu Ermənistandakı mövcud hökumət politoloq və siyasi şərhçilərini dili ilə cəmiyyətə çatdırmağa çalışır. Ermənistan tərəfi Türkiyə ilə əlaqələrinin normallaşmasının tərəfdarıdır. Çünki Ermənistan Türkiyə ilə sərhədlərin açılması və əlaqələrin qurulmasından bir nəfəslik kimi istifadə edə bilər. Amma bunun indiki məqamda nə qədər real olacağını zaman göstərəcək. Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyanın telefon danışığı münasibətlərin yumşaldılması üçün bir addım ola bilər. Amma burada Azərbaycan ilə əlaqələrin normallaşması şərti də var. Paşinyanın son addımları Rusiya ilə gərginliyin artırılmasına və əlaqələrin nisbətən zəiflədilməsinə hesablanır. Amma bu münasibətləri tam qıra bilməz. Çünki hələki orada Rusiya qoşunları var və sənəddə imzalanmış vaxt 2047-ci ildə bitəcək. Bu Nikol Paşinyanın yeni siyasi oriyentasiyası daha çox Qərb ilə əlaqələrinin genişləndirilməsidir. Xüsusilə də, Türkiyə, Avropa ölkələri və ABŞ buraya daxildir. Bu isə təbii ki, Rusiyanın xoşuna gəlmir. Şimal qonşumuz bölgədə özündən başqa dövlətin olmasını qəbul etmək niyyətində deyil. Amma Türkiyə ikinci Qarabağ müharibəsindən sonra real olaraq regionda var. Paşinyan tez-tez müxtəlif iplər üzərində cambazlıq etsə də mövcud reallıqları az da olsa dəyərləndirə bilir. Düzdür müstəqil dövlət anlayışı onlara biraz yaddır. Çünki müxtəlif oriyentasiyaları dəyişmək ilə qərar vermək düzgün deyil. Dövlətlər müstəqil siyasət yürütməyi bacarmalıdır. Əks halda hansısa güc mərkəzlərinin təsiri altına düşürlər. Bu gün regionda Türkiyənin təsir elementləri çoxdur. Bu elementlərdən isə həm Ermənistan, həm də Türkiyə kifayət qədər istifadə edəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat