Peskovdan Estoniyanın ittihamlarına və İranın NPT-dən çıxmasına münasibət

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Estoniyanın Rusiya xüsusi xidmətlərini ittiham etməsini əsassız adlandırıb.

Sherg.az xəbər verir ki, Peskov Tallində müdafiə şirkəti Milrem Robotics-ə məxsus obyektin yandırılması ilə bağlı Estoniyanın ittihamlarını “əsassız və reallığı əks etdirməyən” bəyanatlar kimi qiymətləndirib.

Kremlin sözçüsü İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) mümkün çıxışına da münasibət bildirib. O, Rusiyanın İranın müqavilədən çıxmasını istəmədiyini və NPT-ni nüvə silahlarının yayılmaması rejiminin əsas dayağı hesab etdiyini deyib.

Peskov Rusiyada xarici şirkətlərin aktivlərinin müvəqqəti idarəetməyə verilməsinin mülkiyyətçinin dəyişdirilməsi anlamına gəlmədiyini vurğulayıb.

O, həmçinin Dövlət Dumasına xüsusi hərbi əməliyyatın 46 iştirakçısının deputat seçilməsini şərh edərək onların təcrübə və iradəsinin qanunvericilik fəaliyyətində faydalı olacağını bildirib.