İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın İrana qarşı “ən dəhşətli sanksiyaları tətbiq edəcəkləri” barədə açıqlamalarını şərh edib.
Sherg.az-ın məlumatına görə, Pezeşkian bildirib ki, ölkəsi iqtisadi, hərbi və təhlükəsizlik sahələrində genişmiqyaslı müharibə ilə üz-üzədir. Onun sözlərinə görə, düşmən İranın çökəcəyini və “Venesuelaya çevriləcəyini” düşünürdü.
“İran çökmədi, əksinə gücləndi. Dünya bu müqavimət, həmrəylik və birlik qarşısında təəccübləndi”, - deyə Pezeşkian bildirib.
İran Prezidenti mövcud iqtisadi böhranın aradan qaldırılması üçün cəmiyyətin bütün təbəqələrinin birlikdə hərəkət etməsinin vacibliyini vurğulayıb. O, hökumətin ölkədə parçalanma və qarşıdurmanın qarşısını almaq üçün çalışacağını qeyd edib.
Pezeşkian həmçinin bildirib ki, İranın hazırda məsləhət verən deyil, ölkənin yükünü çiyinlərinə götürərək fəaliyyət göstərəcək insanlara ehtiyacı var.