Pezeşkian: Təhdid və təzyiq dili ilə dialoqun mənası yoxdur

Dialoq üçün zəmin yaradılması məqsədilə təhdidlər və sanksiyalar praktiki olaraq aradan qaldırılmalıdır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.

O qeyd edib ki, hər gün sanksiya və təzyiqləri artırmaq, qarşılıqlı əlaqə yollarını bağlamaq və eyni zamanda dialoqdan danışmaq olmaz.

“Təhdid və təzyiq dili ilə dialoqun mənası yoxdur”, - Pezeşkian əlavə edib.