Pilot layihə üzrə kursları bitirənlərə sertifikatlar təqdim olunub
13:50 09.09.2023
Gündəm
378
Ədliyyə Nazirliyi Penitensiar xidməti, Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı istintaq təcridxanasında başlanılmış yeni pilot layihə üzrə təlim kursları yekunlaşıb.
12 avqust 2023-cü il tarixində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı keçirilmiş layihə üzrə təşkil olunmuş aşpazlıq kurslarının yekunlarına dair Bakı istintaq təcridxanasında 09.09.2023-cü il tarixdə tədbir keçirilib.
Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli tədbirdə çıxış ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, məhkumların sosial reabilitasiyası, azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı, onlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin aşılanması cəza icra siyasətində şəffaflığın təmin edilməsinin ən vacib meyarlarındandır. Məhkum və həbs edilmiş şəxslərin müxtəlif peşə sahələri üzrə gələcəkdə də belə kurslara cəlb edilməsi vacibliyi vurğulanıb.
Kursu uğurla başa vurmuş məhkumlara sertifikatlar təqdim olunub. Bildirilib ki, təqdim edilmiş sertifikatlar onlara müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmaqla yanaşı, azadlığa çıxdıqdan sonra da yiyələndikləri peşə üzrə əmək fəaliyyətlərini davam etdirmək imkanları da vermiş olacaq.
Sonda məhkum və həbs edilmiş şəxslərin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, yemək rasionunun keyfiyyətinin yüksəldilməsi, ərzaq təminatının yaxşılaşdırılması istiqmətində görülən uğurlu işlərlə bağlı hazırlanmış xüsusi videoçarx nümayiş etdirilib.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat