Polşa Ukraynaya silah tədarükləri barədə məlumatları açıqlayacaq

Polşa hökuməti 2022–2026-cı illərdə Ukraynaya göndərilən bütün hərbi yardım paketləri barədə məlumatları ictimaiyyətə açıqlamaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, qərar Baş nazir Donald Tuskla məsləhətləşmədən sonra qəbul edilib.

Kosinyak-Kamış əlavə edib ki, eyni zamanda Hərbi Əks-Kəşfiyyat Xidmətinə Ukraynaya gizli silah tədarükləri barədə məxfi məlumatları yayan şəxslərin araşdırılması tapşırılıb.