Polşa və Ukrayna XİN başçıları Varşavada görüşəcək

İyulun 3-də Varşavada Polşa xarici işlər naziri Radoslav Sikorski ilə ukraynalı həmkarı arasında görüş keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Radoslav Sikorski jurnalistlərə açıqlamasında bildirib.

"Sabah mən Ukraynanın XİN rəhbəri ilə Varşavada danışıqlar aparacağam. Görüşün əsas məqsədi iki ölkə arasında münasibətlərin daha da pisləşməsinin qarşısını almaqdır", - R. Sikorski qeyd edib.