Prezident Düşənbədə “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olub + YENİLƏNİB
18:42 14.09.2023
Gündəm
391
Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər prezidentlər Düşənbədəki “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar.
"Report" xəbər verir ki, Tacikistan hökumətinin dəstəyi ilə təşkil olunan sərgidə aparıcı şirkətlər öz məhsullarını təqdim edirlər.
Sərgidən məqsəd istehsalat müəssisələrinin məhsullarının təqdimatı və Mərkəzi Asiya ölkələri arasında ticarət əməkdaşlığının möhkəmləndirilməsidir.
Mərkəzi Asiya ölkələrinin salonlarında geniş çeşiddə yüngül sənaye və baramaçılıq məhsulları, hidroenergetika və innovasiya avadanlıqları, məişət texnikası, həmçinin ət və süd məhsulları, meyvə quruları, konservlər, sərinləşdirici içkilər və digər məhsullar təqdim olunur.
Açıq meydanda Mərkəzi Asiya ölkələrinin minik, sərnişin və yük avtomobilləri, hərbi-müdafiə nəqliyyat vasitələri, eləcə də kənd təsərrüfatı texnikası sərgilənir.
Sərgidə, həmçinin Aralı Xilasetmə Beynəlxalq Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinin nəticələri və nailiyyətləri təqdim olunur.
Ekspozisiyada qədim zamanlarda İpək yolu vasitəsilə ticarət və müxtəlif dövrlərdə tacik sənətkarların fəaliyyəti barədə də ətraflı məlumat verilir.
Ayrıca sahədə Tacikistanın hidroenergetika resursları təqdim edilir.
Sonra dövlət başçıları Özbəkistan, Qazaxıstan və Türkmənistanın sənaye məhsulları sərgisində olublar.
Qeyd edilib ki, belə böyük regional sərginin təşkili ticarət əməkldaşlığının genişləndirilməsinə, ölkələrdə istehsalat sahələrinin və müəssisələrinin fəaliyyətinin inkişafına, sənaye məhsullarının çeşidinin və həcminin artırılmasına kömək edir.
19:48
Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər dövlət başçıları Düşənbədəki “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar.
“Sherg.az” xəbər verir ki, bu bardə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat