Prezident olmadan öncə cadulanırlar - Zirəddindən şok
Prezident olmadan öncə cadulanırlar - Zirəddindən şok
11:05 20.06.2024
Gündəm
493
Türkiyədə ilahiyyatçı kimi tanınan və videoları kifayət qədər baxış toplayan Ömer Aktaşöz adlı din mütəxəssisi maraqlı bir iddia ilə gündəmə gəlib. Onun fikrincə, bəzi dövlətlər cinləri kəşfiyyatda istifadə edərək digər dövlətlərin sirlərini oğurlayırlar. Hətta ilahiyyatçı daha da irəli gedərək bir sıra ölkələrin adlarını sadalayıb: Rusiya, İngiltərə, ABŞ, İsrail və s.
O deyib ki, cinlər çox sürətli olduqlarından bu məqsədlərlə istifadə edilirlər. Türkiyədə də bu metoddan istifadə edildiyini dilə gətirib.
Bəs bu iddiaların reallıq payı nə qədərdir?
Həqiqətən, dövlətlər başqa ölkələrin məlumatlarını oğurlamaq üçün bu varianta əl atırlar, yoxsa səslənən fikirlər sadəcə cəfəngiyatdır?
Sherg.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan məşhur ekstrasens, kliniki psixoloq Zirəddin Rzayev bir sıra məqamlara toxunub.
O, Quranda sehr və cadunun haram buyurulduğunu bildirib:
“Adını çəkməyəcəm, amma bu yaxınlarda ilahiyyatçı kimi tanınmış biri ümumiyyətlə, sehr və cadunu inkar edərək bildirdi ki: “Qarabağı savaşla qaytardıq, sehr və cadu olsaydı, onunla qaytarardıq”. Düzü, çox təəccübləndim ki, müqəddəs kitabımız olan Quran sehr və cadunun mövcudluğunu nəinki inkar edir, hətta onların haram və təhlükəli olduğunu bildirir. Bundan əlavə, həmin “ilahiyyatçının” məntiqini başa düşə bilmədim. Belə çıxır ki, biz sehrdən istifadə etmişik? O zaman heç kim deyə bilməz ki, 44 günlük savaşda erməni tərəfi sehr və cadudan istifadə etməyib. Bəlkə, elə bütün hərbi qarşıdurmalarda sehr və cadu qarşıdurmaları var və ona görə orada da kimsə udur və ya uduzur?”
Ekstrasens deyib ki, cinlərin güc strukturlarında istifadə olunması bir az mübahisəli məsələdir:
“Əvvəla, cinlərin varlığını sübut etmək lazımdır. Bu, “hacıların-hocaların” danışıqları ilə olmur. Bəli, Quran sübut edir ki, cinlər mövcuddur, amma orada da onların bizim həyatımızda nə kimi rol oynadıqları təfsilatı ilə yazılmayıb. Sadəcə, cinlər haqqında hədislər var, o da… Bütün bu mövhumları araşdıranda görürük ki, cinlərin varlığı islam dini inancına bağlıdır. Elə isə müsəlman olmayan dövlətlər necə? Yoxsa təkcə müsəlman ölkələri cinlərdən istifadə edir? Məhz bu səbəbdən qeyd edim ki, dövlət başçılarına və güc strukturlarına cinlər, ruhlar deyil, nəticə lazımdır. Bəzi dövlətlərdə güc strukturlarının məxfi laboratoriyaları var ki, orada psixiatrların, nevroloqların və psixoloqların ekstrasensorika və ezoterika ilə bağlı araşdırmaları mövcuddur. Eyni zamanda dövlət rəhbərləri, güc strukturları bundan faydalanırlar. Sovetlər dönəmində də belə olub”.
Z.Rzayev fironlarla bağlı məsələyə toxunub:
“Tarixə nəzər salsaq görərik ki, hətta fironların dövründən bu günə qədər hər şahın öz münəccimi, kahini olub. Kralın Nostradamusu, çar Nikolayın Rasputini, Stalinin Volf Messinqi, Amerikanın Edqar Keysisi və Bolqarstanın Vanqası var idi. Bu gün də metafizik varlıqları elmi baxımdan bunu nə inkar edirlər, nə də sübut edə bilirlər. Ancaq ortada çılpaq bir həqiqət var – o da budur ki, dövlət rəhbərlərinə və güc strukturlarına nəticə lazımdır. Bura isə öncəgörmələr, telepatik qabiliyyət, psixokinez və s. bacarıqlar daxildir”.
Ekstrasensin sözlərinə görə, günümüzdə dünya iqtisadiyyatını idarə edən gizli və qeyri-dövlət qurumları okkult elmlərdən, gizli qüvvələrdən aktiv olaraq istifadə edirlər:
“Diqqətlə baxsanız, görərsiniz ki, Qərb ölkələrini və Amerikanı dəstəkləyən prezidentlərin bir qismi qeyri-adi davranışları ilə hər kəsi təəccübləndirirlər. Məsələn, Saakaşvilinin kamera önündə qalstukunu çeynəməsi, Rumıniya prezidentinin kamera önündə qələm oğurlaması, Merkelin qəfildən titrəməsi, Bayden isə göz önündədir. Bu insanlar prezident olmamışdan öncə gizli qurumlar tərəfindən tibbi müayinə adı altında cadulanırlar. Onlara damar daxili sehrlənmiş maye ilə inyeksiya edilir və bəzilərində bu, əks təsir effekti verir. Bütün bunlar hamısı məhz sehr və cadu ilə əlaqəlidir. Bu prezidentlər sırasında Zelenski də var… İndi mənə desinlər, dünyanı sehr və cadu ilə idarə edirlər, yoxsa yox? (gülür)…”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya