Prezident: ”Rusiya sülhməramlıları çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun”
Yusif Nəzərli
17:58 12.01.2022
Gündəm
501
“Digər qıcıq doğuran məsələ odur ki, biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Bax, bu iki məsələ istisna olmaqla, bütövlükdə, yenə də deyirəm, onların funksiyasını mən müsbət qiymətləndirirəm. Ciddi insidentlər olmamışdır. İnsidentlər Ermənistan-Azərbaycan sərhədində baş verib, yəni, o zonada ciddi insidentlər olmayıb”, - Prezident vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual