Prezidentin köməkçisi: "Ermənistan sonda öz yalanlarının qurbanına çevrildi"
Yusif Nəzərli
11:46 11.12.2021
Gündəm
413
"Vətən müharibəsi dövründə strateji kommunikasiyanın düzgün aparılması Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri idi".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya-"Stratcom 21" sammitinin açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu dövr ərzində ermənilərin yenidən Azərbaycana qarşı başlatdığı savaşa baxmayaraq, dünyanın bir aparıcı media orqanlarının çoxunun qapıları ölkəmiz üçün qapalı qalmağa davam edirdi: "Burada Azərbaycan Prezidenti dünya mediası ilə birbaşa təmas quraraq ölkəmizin apardığı strateji kommunikasiyada ön sırada oldu. 44 günlük savaş dövrü ərzində demək olar ki, hər gün dünyanın 30-dan çox ən aparıcı, ən vacib televiziya və media agentliklərinə ölkə başçımızın saatlarla davam edən müsahibələri təşkil edildi. Əsgərlərimiz meydanda sərhəddi necə yardılarsa, bu, eyni zamanda, informasiya savaşında sərhədlərin yarılması idi. Prezidentimizin sosial media mesajları həm informasiyanı dünyaya çatdırırı, həm də xalqımızı məlumatlandırdı".
Ermənistanın sonda öz yalanlarının qurbanına çevrildiyini bildirən Prezidentin köməkçisi həqiqətlərin dünyaya çatdırılmasının önəmli olduğunu, bu xüsusda qardaş Türkiyə ilə Azərbaycanın bütün sahələrdə olduğu kimi, informasiya və media sahəsində də çiyin-çiyinə çalışmasını xüsusi vurğulayıb.
Bizim Instagram səhifəmizə abunə olun
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi