“Biz çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Qlobal Bakı Forumu çərçivəsində “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı panel müzakirəsində çıxışında deyib.
O bildirib ki, bölgədən kənar ölkələr maraqlarını ortaya qoyub regiona töhfə verə bilər: “Biz müstəqilliyin ilk illərində ümidlərimizi beynəlxalq təşkilatlara bağlamışdıq. Biz hərbi və siyasi yollarla münaqişəni həll etdik. Bu gün Ermənistan və Azərbaycan sülh gündəliyini dərinləşdirir”.