Prezidentin köməkçisi: “Ermənistanın Azərbaycana qarşı qara piar kampaniyası davam edir”
Yusif Nəzərli
12:50 11.12.2021
Gündəm
421
“Vətən müharibəsi dövründə qardaş Türkiyə və Azərbaycanın media nümayəndələrinin çiyin-çiyinə, birgə fəaliyyət göstərməsini və mesajlarımızın Türkiyə mediası üzərindən beynəlxalq ictimaiyyətə çatdırılmasını xüsusi vurğulamalıyam. Xüsusilə də, kontent yaradılmasının, foto, video elementlərin canlı şəkildə hazırlanaraq hər iki mediada təqdim olunmasını qeyd etmək istərdim”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir:
“Müasir dünyada ölkələrin brendinin yaradılması tendensiyası da strateji kommunikasiyanın tərkib hissələrindən biridir. Gördüyümüz kimi, müharibədən sonrakı dövrdə də Ermənistanın Azərbaycana qarşı qara piar kampaniyası davam etməkdədir. Azərbaycanı tamamilə başqa formada təqdim etməyə çalışırlar. Ona görə də Azərbaycan dünyaya milli brendi ilə daxil olmaqdadır. Artıq Azərbaycan Ermənistanın törətdiyi vəhşiliyə, dağıntılara cavab olaraq Qarabağı cənnətə çevirəcək yeni quruculuq işlərinə başlayıb və bütün dünya bunu görür. Bu da strateji kommunikasiyamızda Prezident İlham Əliyev tərəfindən müəyyən olunan yeni çalarları özündə əks etdirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi