Prezidentin mesajları açıq və aydındır
Yusif Nəzərli
01:31 22.09.2023
Gündəm
552
Ermənistandakılara da Azərbaycanla sülh ancaq yaxşı perspektiv və əmin-amanlıq vəd edir
"Prezident İlham Əliyevin xalqa müraciətində lokal antiterror tədbirlərinin niyə başlandığına, necə keçdiyinə, kimlərin onun gedişinə maneçilik törətməyə çalışdığına və nədən dayandırıldığına yetərincə aydınlıq gətirildi".
Bu sözləri millət vəkili Sahib Alıyev deyib.
Deputat bildirib ki, Prezident tədbirlərin hansı şərtlər çərçivəsində baş verə biləcəyini Amerika Birləşmiş Ştatlarının dövlət katibinə çatdırdığını vurğuladı: "Məncə, bu da səbəbsiz deyildi. Cəmi 24 saatda Azərbaycan elə bir reallıq yaratdı ki, bu, uzun zaman böyük fəxrlə xatırlanacaq. Başında “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən müdrik və qətiyyətli bir liderin durduğu dövlətimiz 44 günlük savaşdakından da üstün bir bacarıq ortaya qoydu. İndi də bütün dünyaya XXI əsrin "blis kriqi" nə deməkdir, onu göstərdi. Mən bu döyüşlərdə şəhid olanlarımızın hamısının ruhları qarşısında baş əyir, yaralılarımıza Uca Yaradandan şəfa diləyirəm! Əldə edilən zəfərdə onların xidmətləri əvəzedilməzdir. Ancaq bu, gücdən də çox diplomatiyanın qələbəsidir. Biz hərbi xuntaya haylardan geosiyasi alət kimi faydalananların əli ilə ağ bayraq qaldırtdırdıq. Bəzi yırtıcı dövlətləri maneçilik törətməmələri üçün neytrallaşdırdıq. Son zamanlar haylardan çox haylıq etməyə çalışan, bizi lokal antiterror tədbirini dərhal dayandırmağa çağıranlara isə istəyimizə uyğun davranmaqdan başqa ayrı yol buraxmadıq. Yəni biz onların yox, onlar bizim diktəmizə boyun əyərək qarşı tərəfdəkilərə anlatdılar ki, təslim olmaqdan başqa çıxış yolları yoxdur. Əlbəttə, buna görə ölkəmizə indən sonra daha bərk diş qıcayacaqlar".
Parlament üzvü vurğulayıb ki, Qarabağdakı haydilli və hayəsillilər cənab İlham Əliyevin müraciətindən, onlara alicənab yanaşmasından, gələcəkləri ilə bağlı söylədiklərindən düzgün nəticə çıxartmalıdırlar: "Dövlət başçımız regiondan kənarda durmalarını tələb etdiyi buradan uzaq və üzdəniraq güclərin diktəsinə uymasalar, Ermənistandakılara da Azərbaycanla sülh ancaq yaxşı perspektiv və əmin-amanlıq vəd edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət