
Problem pensiya yaşı deyil, pensiya məbləğlərinin aşağı səviyyədə olmasıdır - İqtisadçı
10:33 03.11.2023
Gündəm
417
"Pensiya yaşı ölkədə əsasən də hökümət nümayəndələri tərəfindən qeyri- peşəkar səviyyədə müzakirə edilir"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda pensiya yaşının azaldılması ilə bağlı məsələyə bir daha aydınlıq gətirib.
Məsələ ilə bağlı nazirliyin Trend-ə açıqlamasında pensiya yaşının azaldılması deyil, artırılmasının gündəmdə olduğu aydınlaşır.
“Hazırda dünyanın bir çox ölkəsində pensiya yaş həddi 65 və daha yüksəkdir. Pensiya yaşının azaldılması məsələsinə əmək fəaliyyətinin son yaş həddi ilə birlikdə baxılmalıdır. Çünki pensiya yaşına çatmaq bir sığorta hadisəsidir, şəxsin əmək qabiliyyəti olmaması deməkdir. Təcrübə göstərir ki, pensiyaya çıxdıqdan sonra uzun müddət pensiya alanların sayı kifayət qədər çoxdur (yaşa görə 68,5% pensiyaçı 12 ildən artıqdır ki, ödəniş alır).
Bildirilib ki, nazirlik və Dünya Bankının hesablamalarına əsasən 2050-ci ildə gözlənilən orta ömür uzunluğu qadınlarda 82,8 yaş, kişilərdə isə 79,8 yaş təşkil edəcəkdir (yəni ödəniş müddəti daha da artacaqdır):
“Pensiyaya çıxma yaşı ölkəmizlə yanaşı, əksər ölkələrdə, eləcə də regionda yerləşən və sosial-iqtisadi inkişaf səviyyəsi təqribən Azərbaycanla oxşar olan ölkələrdə, o cümlədən Rusiya, Qazaxıstan və s. kimi ölkələrdə də orta ömür uzunluğunun artımına mütənasib şəkildə artırılır və həmin ölkələrdə gələcək perspektivdə də yaş həddinin daha da artırılması hədəflənmişdir”.

Məsələyə münasibət bildirən iqtisadçı - ekspert Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, pensiya yaşı ölkədə əsasən də hökümət nümayəndələri tərəfindən qeyri- peşəkar səviyyədə müzakirə edilir:
"Çünki Azərbaycanda əsas problem pensiya yaşı deyil, pensiya məbləğlərinin aşağı səviyyədə olmasıdır. Əgər, pensiya məbləğləri normal dərəcədə ödənildikdən sonra, pensiya yaşının artırılıb-artırılmaması ilə əlaqəli müzakirə aparmaq olar. Ölkəmizdə bir çox hallarda xüsusən də dövlət büdcəsindən maliyyələşən sektorda işçilər təqaüdə çıxmaq istəmirlər. Onuda qeyd edək ki, bu sahədə 918 minə yaxın şəxs işləyir. Bunun səbəbi isə maaşların daha yüksək, təqaüdlərin isə daha aşağı verilməsidir. Bu çox ciddi problemdir. Bu problemi həll etməkdənsə, pensiya yaşını gündəmə gətirmək doğru və məntiqli deyil. İnsanların təqaüd yaşının artırılması ilə bağlı məsələdən öncə təqaüdlərin artırılması, əhalinin dolanacaq səviyyədə təşkil olunması təmin edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə