Putin ABŞ prezidentinin xüsusi elçisi Uitkoffu əl sıxaraq salamlayıb

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən görüşdə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffu əl sıxaraq salamlayıb.

Sherg.az bu barədə RİA Novosti məlumat yayıb.

Rusiya lideri və amerikalı nümayəndə bir-birini səmimi şəkildə salamlayıblar. Putin danışıqlar aparmaq üçün gələn Uitkoffla əl sıxıb.

Xatırladaq ki, görüş oktyabrın 21-də Konstantinovski sarayında keçirilir. Görüşdə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edirlər.