
“Putin iqtidarı daxili auditoriyada xeyli nüfuz itirəcək”
“Putin iqtidarı daxili auditoriyada xeyli nüfuz itirəcək”
Yusif Nəzərli
13:12 15.11.2022
Gündəm
515
“Bu da onların hakimiyyətinin laxlamasına, hətta sonlanmasına yol aça bilər”
Rusiya qoşunları Xersonu tərk edib və Dnepr çayının sol sahilinə çəkiliblər.
Bu barədə “Daily Mail” yazıb. Məqalədə qeyd edilib ki, əvvəllər Moskva Beynəlxalq Əlaqələr İnstitutun əməkdaşı olmuş və Kremllə kontaktlarını saxlaya bilmiş Valeri Solovyovun verdiyi məlumata görə rus qoşunlarının Xersondan geri çəkilməsindən sonra Moskvaya indiyədək işğal etdikləri əraziləri dərhal tərk etmək şərtilə təslim təklifi verilib.
Krım istisna olaraq qalır və 2029-cu ilədək hərbsizləşdirilmiş zona elan edilir. Eyni zamanda Rusiya və Belorus sərhəddi boyunca 60 km enə malik zolaq da hərbsizləşdirilmiş zona elan edilir.
Bunun müqabilində Ukraynanın 7 il ərzində NATO-ya üzv qəbulunun dondurulmasına təminat verilir. Həmçinin Kreml rəhbərliyinin müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edilməsi məsələsi aradan götürülür və onlara rəhbərlikdə qalmaq imkanı yaradılır. Rusiya artıq uzun müddətdir ki, Kiyevin sülh danışıqlarına razı olmadıgını deyir. Ukrayna prezidenti Zelenski isə sülh danışıqlarına Rusiya qoşunları ölkədən tamamilə çıxacağı halda və növbəti Prezidentlə gedilməsinin mümkünlüyünü söyləyib.

Ukrayna-Rusiya qarşıdurması ilə bağlı "Sherg.az"a danışan Ağ Partiya sədri Tural Abbaslının qənaətincə, rusların Xersondan geri çəkilməsindən sonra müxtəlif variantlar gündəmə gətirilir:
"Rus qoşunlarının Xersondan çıxması Rusiyanın işğal etdiyi ərazilərdən tamamilə çıxması ilə nəticələnməyəcək.
Rusiya Ukraynanın ərazilərini təkcə işğal yox, həm də ilhaq edib.
Artıq Rusiya həmin əraziləri öz torpaqlarının tərkib hissəsi sayır. Sözügedən ərazilərdən geri çəkilsə, öz torpaqlarından imtina etmiş olacaq.
Əslinə qalsa, Rusiyanın torpağı deyil. Lakin qoşunlarını geri çəksə, lider V.Putin iqtidarı daxili auditoriyada xeyli nüfuz itirəcək. Bu da onların hakimiyyətinin laxlamasına, hətta sonlanmasına yol aça bilər.
Dövlət başçısı V.Putinin öz siyasi və şəxsi xarakteri həmin ərazilərdən tamamilə geri çəkilməyə imkan verməyəcək. Bu, inandırıcı deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol