Rusiyanın Suriyanın şimal-şərqindəki Haseke vilayətindəki Kamışlı hərbi bazasından personal və texnikasını çıxardığı bildirilib.
Sherg.az xəbər verir ki, Suriyalı mənbələrə görə, hərbi heyət və texnika Hmeymim Hava Bazasına köçürülür.
Eyni zamanda ABŞ-ın DEAŞ-ə qarşı koalisiyasına aid Haseke vilayətinin Şeddadi bölgəsindəki hava bazasında hərəkətlilik davam edir; karqo təyyarələri gəlib gedir və helikopterlər uçuşa çıxıb. CENTCOM açıqlamasında 150 DEAŞ döyüşçüsünün Suriyadan İraqa təhlükəsiz şəkildə köçürüldüyünü, ümumilikdə isə 7 min DEAŞ üzvünün İraqda nəzarət altına alınacağı bildirilib.
Mənbələrə görə, Kamışlı bazasının statüsü Moskva ilə müzakirə ediləcək və Rusiyadan bazanı tamamilə tərk etmələri istənəcək.